• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 802
— 07.10.2020 10:16

SOCAR: Ermənistan Aİ-nin enerji təhlükəsizliyinə ciddi təhlükələr yaradır

KepezTV Player

Düşmənin raket zərbələri ilə hədəfə aldığı Bakı-Tbilisi-Ceyhan neft boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir. Bu barədə SOCAR-dan məlumat verilib. "BTC boru kəmərinin paydaşları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa İttifaqının da enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır", - deyə Dövlət Neft Şirkətindən vurğulanıb. Qeyd edilib ki, Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir.