• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 30.09.2020 20:03

Pandemiya dövründə təhsil

KepezTV Player

"Biz əminik ki, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq". Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, erməni təxribatları ilə əlaqədar ölkənin 14 bölgəsində 420 məktəb öz fəaliyyətini müvəqqəti məhdudlaşdırıb və dayandırıb. Nazir təxribat nəticəsində təhsil infrastrukturana dəyən zərəri də açıqlayıb.

Pandemiya dövründə təhsil prosesindən danışan Təhsil naziri qeyd edib ki, hər gün səhər məktəbə gələn şagirdlərin qızdırması ölçülür. Siniflərdə mütəmadi nəzarət həyata keçirilir. Müəllim və ya şagirdlərin hansındasa qızdırma aşkar edildikdə, həmin şəxslər təcrid edilir və aidiyyəti şəkildə səhiyyə qurumları məlumatlandırılır.

Artıq sabahdan 5-9-cu sinif şagirdləri üçün əyani formada dərslər başlayır. Cədvəllər məktəblərdə şagird sayı nəzərə alınmaqla tərtib olunub.

Xüsusi təhsil siniflərində şagird sayı az olduğu üçün artıq əyani təhsilə qayıdılıb. Peşə təhsili sahəsində də kursların tələblərə əməl edilməklə sabahdan əyani formada təşkili nəzərdə tutulur. Ali təhsl müəssisələrinə gəlincə...

Müəllimləri sanitar-gigiyenik tələblərə əməl etməyə çağıran təhsil naziri valideynlərə də müraciət edib.

Emin Əmrullayev qeyd edib ki, yalnız 2-4 həftə üçün proqnoz verilə bilər, sonrakı dövrdə necə olacağını proqnozlaşdırmaq isə çətindir. Ona görə də bir müddət sonra məktəb bağlanacaq kimi fikirlər səsləndirmək əsassız təşviş yaratmaqdır. Nazir səfərbərliyə cəlb olunan müəllimlərin əvəzlənməsi məsələsində də toxunub. Deyib ki, onların əvəzinə dərslərə başqa müəllimlər salınacaq. Azərbaycanda müəllim sıxlığının olması bu problemin həllinə yardım edəcək.