KepezTV Player
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə akkreditə olunan dünyanın aparıcı xarici KİV nümayəndələrinə videoformatda mətbuat brifinqi verib. Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən Hikmət Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu deyib. Hacıyev jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.
- Baxış: 197