• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 10.09.2020 20:39

Toğanalı kəndində bu qış çətinliksiz olacaq

KepezTV Player

Regionların inkişafı istiqamətində görülən işlər çərçivəsində qazlaşdırılmayan kənd və qəsəbələrinin mavi yanacaqla təmin olunması tədbirləri davam etdirilir. Proses Göygöl rayonunun Toğanalı kəndində də aparılır. Artıq xətlərin çəkilişi yekunlaşmaq üzrədir.

İşlər tam başa çatdıqdan sonra 1000 nəfərdən çox sakin ilk dəfə mavi yanacaqdan istifadə edəcək. Artıq evlərin 95 faizinə qaz xətləri çəkilib. Qarşıdakı günlərdə yoxlamalar aparılacaq, bundan sonra isə evlər qazla təmin olunacaq.

Azər Bayramov Gəncə RQİİ-nin baş mühəndisi: Toğana kəndində ilkin mərhələdə 21200 paqonmetr daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. 388 mənzilin dövlət hesabına birpilləli sistem əsasında qazlaşması planlaşdırılmışdır. Hazırda 345 evə sayğac qoyulub. Xətlər çəkilibdir, mənzil daxili qaz xətləri montaj olunub. Bİr sözlə iş yekunlaşmaq mərhələsindədir.

Mavi yanacağın verilməsi ilə meşələrin qırılmasının da qarşısı alınacaq. Görülən işlər indiyədək yanacaq sarıdan çətinlik çəkən sakinləri sevindirməyə bilməz.

Toğanalı kəndinə mavi yanacağın verilməsi təxminən oktyabrın sonu, noyabrın əvvəlinə təsadüf edəcək. Qısacası, yaşayış məntəqəsi qışa qədər qazla tam təmin olunucaq. Bununla da Göygöl rayonunda qazlaşdırma səviyyəsi 97 faizə çatdırılacaq.