• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 09.09.2020 11:59

DİM ötən ilin keçid ballarını dərc edib

KepezTV Player

“Abituriyent” jurnalının xüsusi buraxılışında 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərin və müsabiqədə iştirak edən subbakalavrların ümumilikdə 51.65%-i ali təhsil müəssisələrinə qəbul olub.