• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 04.09.2020 13:53

Ata-oğul əlbir olub qadına qarşı soyğunçuluq ediblər

KepezTV Player

Gədəbəydə qadına qarşı soyğunçuluq edilib. Cinayəti törədənlər bir ailənin üzvləridir. Ata və oğlunun müxtəlif ərazilərdə analoji cinayətlər törətdiyi də məlum olub.

Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə Gədəbəy rayonunda soyğunçuluq edib. Ata və oğul parkda gəzən qadının cibində pul gördükdən sonra onu izləməyə başlayıblar. Qadını yaşadığı ünvana qədər təqib edən “qəhrəmanlar” orada öz çirkin niyyətlərini reallaşdırıblar.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Soyğunçuluq edərək 1000 manat nağd pulu və 1 ədəd mobil telefonu ələ keçirməkdə şübhəli bilinən Zülfüqarov Natiq və onun yeniyetmə oğlu saxlanılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər qadını əvvəlcədən təqib ediblər, daha sonra onun evdə tək olmasını müəyyənləşdirdikdən sonra evə qanunsuz daxil olublar”.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini deyiblər. Bundan başqa istintaq zamanı atanın Şəmkir rayonu ərazisində oğurluq etdiyi, yetkinlik yaşına  çatmayan oğlunun isə Bakıda soyğunçuluq törətdiyi məlum olub.

Parkda qadının cibində pul olduğunu gördük. Bir az o tərəfə bu tərəfə gəzdik. Xanım da gəzirdi. Sonra xanım mağazaya tərəf getdi. Mağazadan çıxandan sonra bizdə arxasınca düşdük.

Natiq Zülfüqarov - saxlanılan şəxs: “Evin arxa tərəfindən içəri girdim. Qapını açanda gördüm uşağı yelləyir. Dedim pullar var. Arxa cibində bayaq görmüşəm. Dedi pul yoxdu. Stolun üstündə pul qabını görüb üstünə tərəf getdim. Pul qabının ağzını açanda üstümə gəldi, mən də itələdim. İçərisində 900 manat pul varıydı. Bunu götürdüm, bir telefonu, bir də əlavə 70 manat pulu götürdüm”.

Hər iki şəxs barəsində Gədəbəy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

Natiq Hüseyn