• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 24.08.2020 12:11

Bir qrup şəxs də cərimələndi

KepezTV Player

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva 400 manat cərimə olunublar. DİN-in mətbuat xidmətinin məlumatına görə, həmçinin Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, eləcə də mərasimdə iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri cərimələniblər. Trend-in məlumatına görə, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa edib.