Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının və sosial təminatının qorunması əsas vəzifə kimi müəyyənləşdirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən də xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımları göndərililir. Ümumi həcmi 68 ton olan və respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailə üçün nəzərdə tutulan ərzaq yardımından Şəmkirin imtiyazlı təbəqəsi də yararlanıb. Konfederasiyanın maşın karvanı vasitəsilə ərzaq sovqatları kənd və qəsəbələrdə ehtiyacı olan ailələrə paylanılıb. Həmkarlar ittifaqı fəalları tərəfindən gündəlik tələbat məhsullarından ibarət bağlamalar 50-dən artıq ailəni əhatə edib. Koronavirus pandemiyası şəraitində həmkarlar ittifaqları təşkilatları tərəfindən maddi və mənəvi yardımlar göstərilməsi davam etdirilir.
Hilal Məmmədov Dövlət İdarələri Həmkarlar İttifaqının Şəmkir rayon komitəsinin sədri: İçtimai şurada müzakirə olunaraq həqiqətən bu yardıma ehitaycı olan ailələr müəyənləşdirilib. Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Əl-Ələ Verək Dəstək Olaq” layihəsinin könüllüləri tərəfindən tam şəffaf şəkildə aztəminatlı ailələrin hər birinin ünvanına çatdırılıb.
Natiq Hüseyn
- Baxış: 365