• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 13.03.2020 16:10

Avtomobillər toqquşdu: 1 ölü, 3 yaralı

KepezTV Player

Zaqatalada ağır qəza olub. Hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. ​Yevlax rayon Xaldan qəsəbə sakini, 40 yaşlı Seymur Əhmədovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə, Zaqatala rayon Qımır kənd sakini, 32 yaşlı Məcid Məcidovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili toqquşub.<br>Qəza zamanı Seymur Əhmədovun avtomobilində olan sərnişin, ​ 68 yaşlı Xaldan qəsəbə sakini Xeyransa Həmidova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun avtomobildə sıxılmış halda qalan meyitini çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.<br>Qəza zamanı xəsarət alan​ Məcid Məcidov, Seymur Əhmədov və Seymur Əhmədovun digər sərnişini 16 yaşlı Yevlax rayonu Xaldan qəsəbə sakini Allahverdi Həmidov​ aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.