• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 14.09.2019 13:54

“Kəpəz” yenə heç-heçə etdi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü tura start verilib. Açılış günü Gəncənin Kəpəz  klubu doğma meydanda “Sumqayıt”2-ni qəbul edib. İlk iki tura sülh bağlaşayan gəncəlilər bu oyunda qələbə qazanmaq istələr də, bunu bacarmayıblar. Oyun ev sahibləri üçün yaxşı başlamayıb. 3-cü dəqiqədə gənclik şəhərinin təmsilçisindən İbrahim Əliyev rəqib qapısına yol taparaq hesabı komandasının xeyrinə dəyişib. Geriyə düşdükdən sonra irəli atılan Kəpəz fasiləyədək bir neçə vəziyyətdə hesabı bərabərləşdirməyə yaxın olsa, qonaqlar bu nəticəni qoruyublar. İkinci yarıda da qol vurmaq üçün  ard-arda hücumlar təşkil edən qərb təmsilçisi istəyinə 65-ci dəqiqədə çatıb.  Cərimə meydançasına göndərilən topu öz qapısına göndərən Fuad Bayramov status-kvonu bərpa edib. Bu qol həm də görüşdə sonuncu olub. Yekun hesab 1:1

Orxan Cəfərzadə