KepezTV Player
Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. Şəhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edib. Bildirib ki, avqustun 27-i saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıb. Polis müvafiq araşdırmalara başlayıb. Əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
- Baxış: 538