. Prosesin 19 gün gec aparılmasına baxmayaraq, toxumlar vaxtında əkilənlər kimi məhsul verib.
Şəkər çuğunduru alıcısı çox olan bitkidir. Ona görə hazırda fermerləri maraqlandıran yüksək məhsuldarlıq verən toxumlarla səpin aparmaqdır. Əvvəlcə Belçikadan alınan şəkər çuğunduru toxumlarını indi Rusiyadan gətirilənlər əvəzləyir.
Məmməd Məmmədov “Şəkər” İB-nin Samux bölgəsi üzrə aparıcı aqronomu: “2019-cu il üçün Samux rayonunda 400 ha ərazidə şəkər çuğunduru əkmişik. Bunun 193 ha icarə torpaqlarıdır. Bu sahə 60 ha sahədir. 19 gün gec səpməyimizə baxmayaraq toxumun cavan və keyfiyyətli gətirib faraş səpdiyimiz toxumlara çatıb. Yüksək məhsuldarlıq gözlyirik”.
Artıq Rusiyanın ən iri aqrokimya müəssisəsi olan “Şolkova Aqroxim” ilə Kənd Təsərrüfatı Nazirliyi arasında müqavilə imzalanıb. Respublikanın ayrı-ayrı bölgələrində şəkər çuğunduru ilə yanaşı, qonşu ölkədən gətirilən toxumlarla soya, buğda da əkilib.
Arif Abbasov “Şolkova Aqroхim” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin baş aqronomu: “Hazırda maya dəyərinin aşağı salınması üçün, daha ucuz kənd təsərrüfatı məhsulları istifadə etmək üçün Şolkova Aqrokimya Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb. Bu il respublika üzrə İmişli, Biləsuvar, Ağsu, Kürdəmir və Samux rayonu ərazisində 120 ha şəkər çuğunduru becərilir. Bununla yanaşı, Beyləqan rayonunda 100 ha soya bitkisi becərilir. Həmçinin “Şolkova Aqrokimya”nın istehsal etdiyi buğda toxumları gətirilir. Hansı ki, Rusiya Federasiyasında bunun məhsuldarlığı həddindən artıq yüksəkdir. 1 ha ərazidən 100 sentreə qədər taxıl əldə edirlər”.
Mütəxəssislər bildirirlər ki, ölkədə ən yaxşı halda 1 ha.da buğdadan 35-40 sentner, şəkər çuğundurundan isə 30 ton məhsul götürülür. Yüksək məhsuldarlıq əsas prioritet olduğundan seleksiyaçılar, mütəxəssislər yerli toxum sortlarının yaradılması üçün müqaviləyə uyğun olaraq “Şolkova Aqroxim” ilə qarşılıqlı təcrübə mübadiləsi keçəcəklər.
- Baxış: 1640