• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 21.06.2019 12:25

Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə davam etdirilir

KepezTV Player

Gədəbəy rayonunda mövcud olan  kartof əkini sahələri mütamadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır. Kartof zərərvercilərinə qarşı davamlı müşahidə və mübarizə tədbirləri aparılır, təsərrüfat sahibləri və fermerlərlə mütamadi görüşlər keçirilir və sahələri nəzarətdə saxlamaq üçün müvafiq tövsiyələr verilir.

Fərid Əhmədov təsərrüfat sahibi: 1 hektar yarım əkin sahəsində kartof əkmişik. Hər il yaxşı məhsul götürürük. Ancaq bu dəfə təsərrüfata daxil olanda baxdıq ki Kolorado deyilən böcək var. Yəni o kartofu məhv edir.

Gədəbəy rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən  zərərvericlərə qarşı monitorinqlər aparılıb və bəzi sahələrdə karantin zərərvericisi olan Kolorado kartof böcəyi aşkarlanıb. Mütəxəssislər əkin sahələrində müxtəlif preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirib. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Şahlar Bağırov təsərrüfat sahibi: 60 sot sahədə kartof səpmişəm. Kartofa aqro-texniki qaydada qulluq edirəm. Qulluq edən zaman kartofda böcək aşkarladım.

Əvvəlki illərdə böcək Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Mütəxəssislər deyir ki, Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər bitkilərə böyük ziyan vurur. Bu səbəbdəndə təsərrüfat sahibləri mübarizə tədbirlərinə ciddi yanaşmalıdır.

Eldar Quliyev Gədəbəy Rayon Bitki Mühafizə Mərkəzinin rəisi: Bu Gədəbəy rayonunda 10 min 731 hektar sahədə kartof əkini aparılıb. Mütəmadi olaraq sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparırıq. Hal-hazırda biz Zəhmət Slavyanka Qoşaqbulaq Miskinli ərazilərində olmuşuq. Kolorado kartof böcəyinə qarşı mübarizə tədbirlərini həyata keçiririk. Ümumilikdə 1237 hektar sahədə müşahidə aparmışıq. 536 hektarında Kolorado kartof böcəyinin sirayətlənməsi müşahidə olunub. Büdcə vəsaiti hesabına 436 hektarda dərmanlma aparılıb. 

Ötən il Gədəbəydə 11500 hektar sahədə kartof əkilib. Hər hektardan 14 tona yaxın məhsul götürülüb.

Natiq Hüseyn