MINI şirkəti Clubman modelini yeniləyib. Universal eksteryerdə kosmetik dəyişikliklərə məruz qalıb. Yeniliklər arasında radiator barmaqlığını, uzun matris şüalı LED baş optika və duman əleyhinə faralar, həmçinin salonda yeni variantlı bölmələr və genişləndirilmiş kommunikasiya servisləri var. Yenilənmiş MINI Clubman-ı digərlərindən seçmək üçün onun enləndirilmiş radiator barmaqlığına diqqət edilməlidir. Faralar əvvəlki kimi halogenli olsa da reflektoru genişlənib. Clubman-in adaptiv optikasında yeni funksiya hazırlanıb. Bu, 4 seqmentli uzun matris işığıdır. Həm ön həm də tam ötürücü sistemlə şütüyə bilən “Klabmen”in transmissiyası 6 pilləli mexaniki ya da 7 pilləli robotlaşdırılmış sürət qutusu ola bilər. Motor qammasında 3 və 4 silindrli dizel mühərriklər yer alıb.
- Baxış: 564