KepezTV Player
Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün ilk tranş çərçivəsində 350 milyon 800 min manat ayırıb. Bu vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülüb. Bu gündən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Kompensasiyaları 602 min 347 nəfər alacaq.
- Baxış: 311