Fəridə Zeynalova - layihə rəhbəri - “Məndə rəqabət yoxdur. Azərbaycanda demək olar ki, bu sahədə yeganə layihə məndədir. Öz fikirlərimlə formalaşdırmışam bu layihəni”.
Startap dünyada uğur qazanmış bir fəaliyyət növüdür. Ölkəmizdə də kifayət qədər bu işlə məşğul olan şəxslər var. Amma əksər vaxt gənclər startup layihəsində çərçivədən kənara çıxa bilmirlər. Dünyada uğur qazanan startap layihələrinə baxdıqda görürük ki, onlarda heç bir real məhsul istehsal edilmir.
Ramil Məmmədov - Gənclər Fondunun baş mütəxəssisi: “Məşhur bir Gəncə səbəti var. Gənclər istəyir ki, Gəncə səbətini özləri hazırlayıb satsın. Amma startap layihəsi-offline satışdır bu. Onlar nə edə bilərlər? Hansı layihə daha uğurlu ola bilərdi? Onlar Gəncə səbəti ilə məşğul olan şəxsləri bir araya toplaya bilərdilər. Onun online satışını təşkil edə bilərdi. Yəni hansısa bir satışdan kiminsə hansısa xidmətini online biznesə çevirmək üzərində olmalıdır”.
Mütəxəssis bildirir ki, hazırda online platformada uğur qazana biləcək layihələr yoxdur. Bunun səbəbi isə layihə təqdim edənlərin qısa vaxtda nəticə əldə etmək istəyidir. Amma tələb başqadır.
Rəşad Əzizov - NRYTN-nin şöbə müdiri: “Hərdən bir imkan 2 dəqiqəlik olur. Bu vaxt ərzində investor qarşısında öz ideyanı izah etməlisən. Bizim İ2B layihəmiz öyrədir ki, bunu necə etmək olar. Sonradan isə həmin platforma çərçivəsində bu gənclər həm maliyyə dəstəyi əldə edirlər. Bu təcrübə göstərir ki, ideyalar maraqlı olur. Nəticədə layihə real bir prototipin maliyyələşməsindən sonra biznesə çevirlə bilər. Hamı hazırda maraqlı ideya axtarır. Bu ideya olmadığı halda biznes və yeni bir startap formalaşmayacaq. Ona görə maraqlı tərəflər çoxdur. Bu proses hamını maraqlandırır”. Startapçılar mövcud problemlər fonunda layihələr hazırlayırlar. İnnovasiya əsri isə kreativlik tələb edir.
Bəyim Teymurova - layihə köməkçisi: “Layihəmiz 1 ha ərazidə gənclər və yaşlılar üçün həm istirahət həm ticarət həm də əyləncə mərkəzinin yaradılmasıdır. Bina turizm mərkəzi olan Göygöldə yaradılır. Əsas məqsədimiz turistlərin cəlb olunmağıdır. Layihə 2018-ci ildə qalib olub. Amma məbləğ çox olduğuna görə yarı maliyyələşdiriblər. Ona görə biz yenidən layihəni təqdim edirik. Layihənin dəyəri 800 mindən çoxdur”.
Ramil Məmmədov - Gənclər Fondunun baş mütəxəssisi: “Bu gün dünyada ilk 10-luqda yer alan uğurlu startupların böyük əksəriyyəti kiçik rəqəmlərlə başlayıb. Biz bu yaxınlarda milyonluq şirkətin 650 dollarla başladığı ilə tanış olmuşuq. Milyonlarla başlayan artıq startup deyil bu ciddi bir biznesdir. Ciddi investisiyadır. Startap ideyaları sıfırdan başlamaqdır”.
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə müxtəlif layihlər həayat keçirilir. Ötən ildən başlayan “I2B- İdeyadan Biznesə” layihəsinə bu dəfə Gəncə və ətraf bölgələrdən 100-ə yaxın gənc qatılıb. Startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 4 komanda formalaşdırılıb. komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər region üzrə 3 komanda seçib. K/A.- Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Artıq Mingəçevir, Sabirabad və Sumqayıt şəhərlərində startap müsabiqəsi keçirilib və qaliblər müəyyən olunub. Bu il ərzində layihə çərçivəsində təşkil olunacaq startap turları ölkənin bir çox fərqli şəhər və rayonlarını - Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək.
Rəşad Əzizov - NRYTN-nin şöbə müdiri: “Hazırda ölkənin apardığı siyasət nəticəsində hər bir ideyanı reallaşdırmaq üçün bir neçə imkanlar var. Dövlət qurumlarından həm maliyyə, həm də texniki dəstək almaq olar. Eyni zamanda özəl sektor da çox fəaldır. Amma bu proseslər pərakəndə xarakter daşımamalıdır. Sistemləşdirilməlidir.”
“I2B-İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və şirkətlərin birgə təşkilatçılığı ilə reallaşdırılır.
- Baxış: 759