Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			27.03.2019 12:02		
		BTQ dəmir yolu ilə hərəkət edən ilk sərnişin qatarı Gürcüstana gəlib
KepezTV Player
					  
					  					  				Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib. İsveçrənin "Stadler" şirkətinin istehsalı olan qatar bir neçə gün əvvəl İstanbula çatıb və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xətti üzrə yollanıb. "Azərbaycan Dəmir Yolları"na məxsus qatar test rejimində xəttə buraxılıb. Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişindaşınmanın təşkili 2019-cu ilin 3-cü rübünə planlaşdırılır.
- Baxış: 271
 
