• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 30.01.2019 14:34

Ölkədə qoyunların baş sayını artırmaq üçün ilk dəfə olaraq süngərləmə üsulu ilə bala alınacaq

KepezTV Player

İspaniya təcrübəsi Türkiyəli mütəxəsislər tərəfindən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda sınaqdan keçirilir. “Süngərləmə üsulunun qoyunçuluqda tətbiqi” mövzusunda keçilən Respublika elmi praktiki konfransında isə bu üsulun üstünlükləri izah edilib.

Mahir Hacıyev - Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru: “Süngürləmə nə deməkdi? Heyvanın həvəsə gəlmə dövründə xüsusi qarmon vastəsi ilə pragistronun yeridilməsi nəticəsində super avulyasiya yaranır. Respublikada hər 100 heyvana 110 baş heyvan alınırsa bu üsulda 160-180 bala almaq mümkündür”.

Bu gün qoyunçuluq təsərrüfatlarında bala sayının artırılması, ölüm halının olmaması aktual məsələlərdən biridir. İspan mənşəli olan süngərləmə üsulunun  tətbiqi isə belə problemlemləri tam aradan qaldırmağa hesablanıb.

Murad Karadoğan - Türkiyəli mütəxəssis: “Bu üsul Türkiyədə 1980-ci illərdən istifadə olunur. Biz burada elmi cəhətdən bunu tətbiq etməyə başladıq. Əsas məqsəd qoyunlarda daha çox bala almaq, mövsümdən başqa bala almaq və balanın sayını artırmaqdı. Biz illərdi ki, bu üsuldan istifadə edərək 2, 3 və 4 bala ala bilirik. Heyvan başına bütünlükdə 13 manata başa gəlir. Fermer bunu öyrəndikdən sonra özü də edə bilər”.

Elxan Məmmədov - fermer:“Ağdaşdan gəlmişəm. 50 baş qoyunum var. Bu üsulu öz təsərrüfatımda tətbiq etməyi düşünürəm”.

Bu üsul yüksək döllülük xüsusiyyətlərə malik olan heyvanların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə ət istehsalınında bolluğun yaranmasına səbəb ola bilər. 5 qoyunda tətbiq olunan bu  üsulun köməkliyi ilə 5-6 aya bala alınacaq.<

Tariyel Pənahov - Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini:“Ötən il Heyvandarlıq inistitunda eləcədə Elmi tətqiqat inistitutlarında aqrar sahənin müxtəlif strukturları üzrə 24 innavativ texnalogiyalar tətbiq olunub. Bunlardan 3 Heyvandarlıq İnistitunda heyvandarlıq, arıçılıq və ipəkçilik üzrə yeni texnalogiyalar hazırlanıb və bunlar bizim fermerlərə təklif olunub”.

22 rayondan qoyunçuluqla məşğul olan 50-ə yaxın təsərrüfat rəhbərinin iştirak etdiyi elmi praktiki konfransda yeni metod barədə yaranan suallara da aydınlıq gətirilib.

 

Elnur Vahidoğlu