15 rayonun qoyunçuluq təsərrüfatı sahibləri, eləcə də mütəxəsislər Göygöldə bir araya gəliblər. Heyvandarlıq Elmi-Tədqiqat İnistitunda keçirilən elmi-praktiki seminarda “Azərbaycanda qoyunçuluğun sənaye əsasında inkişaf etdirilməsi yolları” müzakirə edilib.
Ölkə üzrə 13 cinsdə 7 milyon 821 min baş qoyun, eləcə də 633 min baş keçi saxlanılır. Bu heyvanların bəslənməsində yem bazası əsas rol oynayır. Yaylaqda 1 ha ərazidə 4-8 baş qoyun otarılmalı olduğu halda, ölkədə təsərrüfat sahibləri hektarda 40-50 baş qoyun saxlayırlar. Artıq otarmalar isə torpağın deqradasiyasına gətirib çıxarır ki, bu da bitki örtüyünün məhv olması deməkdir. Bunun üçün intensiv üsulun tətbiqi – heyvanların kənardan gətirilən yemlə bəslənilməsi məqsədəuyğun sayılır. Seminarda həmçinin yerli cinslərin məhv olmaması üçün elmi-tədqiqat işlərinin aparıldığı diqqətə çatdırılıb.
Mahir Hacıyev Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru : “Heyvandarlıq Elmi Tədqiqat İnistitutunun qoyunçuluq laboratoriyasın da aparılan elmi tədqiqat işlərinin əsas məqsədi mövcud olan cinslərin üzərində dərin elmi tədqiqat işlərinin aparılmasıdı. Həmçinin mövcud olan cinslərin üzə çıxarılmasıdır. Respublikaya gətirilən yüksək məhsuldarlıqlı qoyun cinslərinin təkmilləşdirilməsi istiqamətində də elmi tədqiqat işlərinin aparılmasıdır. Bizdə yetişdirilən Bozax cinsli qoyunlar, Qarabağın bir neçə mələz qoyunları üzərində elmi tədqiqat işləri aparılır”.
Fermerlər hesab edirlər ki, bu cür elmi əsaslandırılmış, maarifləndirici seminarların keçirilməsi qoyunçuluğun inkişafına böyük köməkdir.
Elxan Musayev fermer :“Bir neçə il bundan qabaq təxminən 50-60 heyvanla fermer təsərrüfatı yaratmağa başladıq. Hazırda 250 baş qoyun və keçimiz var. 100 baş qoyundan aldığımız balanın sayının çoxaldılması üçün bu cür elmi seminarlarda iştirak etmək bizə çox bəyük fayda verir. Elmlə praktikanın tətbiqi bizdə kənt təsərrüfatının inkişafına səbəb olacadı.
Sədrəddin Əlişov fermer: “Belə təlimlərin keçirilməsi bizi maarifləndirir. Bir neçə belə təlimdə olmuşam. Öz sahəmdə tətbiq eləmişəm. Gələcəkdə də daha da yaxşı olacaq.
Qoyunçuluğun yeni tələblər səviyyəsində inkişaf etdirilməsi, təsərrüfatlarda intensiv üsulun tətbiqi üçün əvvəlcədən monitorinqlərin aparılmasının vacibliyi vurğulanıb.
Elnur Vahidoğlu
- Baxış: 626