Azərbaycan Dövlət Aqrar Unievrsitetində “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda təşkil olunan konfransda elmi-tədqiqat institutları, ali məktəblərin alimləri, 50-dək gənc tədqiqatçı əməkdar elm xadimi Cəlal Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə müasir dövrdə aparılan araşdırmalar və onların nəticələri barədə danışıblar. Plenar iclasla davam edən konfranda alimin əsasını qoyduğu elmi istiqamətlərin gənc tədqiqatçılar tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Vüqar Bəşirov - ADAU-nun prorektoru: Bu gün biz xaricdən çörək buğdası idxal ediriksə bu o deməkdir ki, hələ bizim işlərimiz yetərli deyil. Amma aparılan elmi tədqiqat işlərinin nəticələri ilə tanış olanda bizə ümid verir ki, bunun nəticəsi olacaq. Ona görə daha çox çalışmalıyıq. Böyük alimlərimizin qoyduğu istiqamətləri, apardığı elmi işləri nailiyyətlə davam etdirməliyik ki, yüksək məhsuldarlıq əldə edək.
- Baxış: 432