• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 22.09.2018 16:51

İqtisadiyyat naziri Şahin Mustafayev Gəncədə qəbul keçirib

KepezTV Player

Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşlar güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması, məhsul satışı və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər.Gəncədə keçirilən qəbulda eyni zamanda sahibkarların təklifləri müzakirə edilib, onların bağçılıq, tərəvəzçilik, kartof istehsalı, turizm obyektinin tikintisi, qaz avadanlıqlarının istehsalı, gips əsaslı tikinti materiallarının istehsalı və qablaşdırılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.