Aqrar rayon olan Goranboyda bu il 5 min hektara yaxın ərazidə pambıq əkilib. Yığımöncəsi mütəxəssislər sahələrə baxış keçirir, məhsul toplanması zamanı yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün fermərlərlə müzakirələr aparılır. Bu il hər hektardan məhsuldarlıq ötənilki 13-15 sentnerə qarşı 20-22 sentner həcmində proqnozlaşdırılır.
Xaləddin Həsənov Goranboy Rayon Bitki Mühafizə Mərkəzinin rəisi: Goranboy rayonun da əkilmiş pambıq sahələrində xəstəlik qeydə alınmayıb. Xarakterik zərərvericilərdən olan pambıq mənnənəsinə qarşı mübarizə aparılıb. Daha sonra pambığın gül mövsümü başlayandan sonrada əsas xarakterik zərərverici olan sofqaya qarşı ciddi müşahidələr aparmışıq. Dərmanlama çox ciddi təhlükəsizlik qaydalarına riayət edilməklə tam başa çatıb.
Əl əməyinin minimuma endirilməsi, məhsulun vaxtında və itkisiz yığılması üçün texnikalar yoxlanılaraq hazır vəziyyətə gətirilir.
Ramin Novruzov“CTS-Agro” MMC-nin Goranboy rayonu üzrə baş aqronomu: Bizim texnikaların hamısı yenidir. 6 ədəd pambıq yığan kombayınımız işlək vəziyyətə gətirilibdir. 40 ədəd daşıma qoşqumuz var. Deyim ki, texnika barədə çətinliyimiz olmayacaqdır. Fermerləri tam qane edəcəyik.
Goranboyda pambıq əkininə aprelin ilk ongünlüyündə başlanılıb. "Ağ qızıl"ın yığımına isə sentyabrın əvvəllərində başlanılacaq. Proses noyabr ayında tam yekunlaşacaq.
- Baxış: 1345