Gəncə şəhər ərazisində hərəkətin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reydlərə başlanılıb. Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda piyada zolağından istifadə etməyən, yeraltı və yerüstü keçidlərdən keçməyərək özlərinin və başqalarının həyatını təhlükəyə atan piyadaları məsuliyyətə cəlb ediblər. Qayda pozanlar İnzibati Xətalar məcəlləsini müvafiq maddəsinə uyğun olaraq cərimələniblər. İlin 6 ayı ərzində Gəncə şəhər ərazisində baş verən 36 yol nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həlak olub, 33 nəfər xəsarət alıb. Qəzaların 26-sı piyadaların vurulması ilə nəticələnib. 8 piyada həlak olub, 19-u isə xəsarət alıb.
Vasif Rüstəmov - inspektor: Son vaxtlar Gəncə şəhər inzibati ərazisində avtonəqliyyat vasitələti ilə piyadaların vurulması halları artıbdır. Bunula bağlı tərəfimizdən ətraflı təhlillər aparılmışdır. Nəticədə bu cür hadisələrin səbələri sürücülər tərəfindən ötmə, manevr etmə, yol ayrıcını keçmə, nizamlanan yerlərdə piyadalara yol verməmək, sürət rejiminə əməl olunmaması, sərxoş vəziyyətdə avtomobillərin idarə edilməsi, piyadalar tərəfindən isə təyin olunmayan yerlərdən yolu keçməsi xoşagəlməz hadisələrə səbə yaradıb.
- Baxış: 1186