KepezTV Player
Astarada həmkəndlilər bir-birini bıçaqlayıb.Hadisə Seləkəran kəndində baş verib. Spirtli içki qəbul edən 68 yaşlı Ramiz Yaqubovla, 41 yaşlı Ramin Həsənov arasında mübahisə düşüb. Dava zamanı həmkəndlilər bir-birini bıçaqlayıb. Hər iki yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək lazimi tədbirlər görüldükdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaqubovun ömrünün 25 ilini həbsdə keçirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 585