KepezTV Player
11 yaşli uşaq Kür çayında bogulub. Hadisə Hacıqabul rayonu Meyniman kəndi ərazisində baş verib. Davud Zərbalıyev yoldaşları ilə suda çimərkən batıb. Uşaqlar ona kömək etmək istəsələr də, artıq gec olub. Buna baxmayaraq hadisə yerindən uzaqlaşdıqdan sonra Davudun bogulması barədə valideyninə xəbər verməyiblər. Axşam oğlunun evə dönmədiyini görən ana təşviş keçirib. Onu axtarmağa başlayanda uşaqlar Davudun başına gələnləri danışıblar. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
- Baxış: 669