Bakıda külli miqdarda pul və qızıl oğurlayan qrup üzvlərindən daha biri yaxalanıb. Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 30.000 ABŞ dolları və 100.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini Familə Vəliyeva saxlanılıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 22-də Xırdalan şəhərindəki evlərin birindən 70 manat, 1 ədəd kompyuter, 2 ədəd qol saatı, 2500 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Azər Musazadə və Ağcabədi rayon sakini Mərdan Abbasov saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 24-də daha 1 evdən 400 manat və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
- Baxış: 792