Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ərəfəsində Samux şəhər 2 saylı İnstitut qəsəbə və Goranboy rayonu Qızıl Hacılı kənd 2 saylı tam orta məktəbləri qardaşlaşıb. Qarşlıqlı əməkdaşlıq çərçivəsində məktəblilər müxtəlif bilik yarışlarında, intelektual oyunlar və viktorinlarda görüşəcəklər. Əvvəlcə Goranboyda təşkil edilən görüş bu dəfə İnstitut qəsəbəsində olub. Məktəblilərin xarici dillər və bilogioya fənni üzrə bilikləri sınağa çəkilib. Həmçinin Azərbaycanın ən yeni tarixinə dair ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi həyatında gördüyü işlərə dair suallar səsləndirilir. Qaliblər diplom, medal və həvəsləndirici mükafatla təltif edilib. Qardaşlaşmə çərçəvəsində növbəti tədris ilindən pedoqoji əməkdaşlıq da həyata keçiriləcək.
Gülsaba Abbasova İnstitut qəsəbə tam orta məktəbin direktoru: Burada bizim müəllim və şagird kollketivlərimizin bir-biri ilə yaxından tanış olması Goranboy rayonu Qızılhacılı kənd 2 saylı tam orta məktəbdə olan yenilikləri öyrənməyə şərait yaradır. Eyni zamanda bizim məktəbdə də olan yenilikləri onlar öyrənə bilirlər.
Natiq Hüseyn
- Baxış: 2584