Samuxda hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxılan gənclərlə görüş olub. Gənclərin vətən sevgisi, ruh yüksəkliyi ilə geri döndüklərinə diqqət çəkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi Nazim Çələbiyev onların hərbin sirlərinə, silah-sursatla mükəmməl davranış qaydalarına yiyələndiklərinə əminliyini dilə gətirib. Vurğulanıb ki, hər bir gənc ehtiyatda olan hərbi vəzifəli kimi Ali Baş Komandan tərəfindən verilən müvafiq əmr və tapşırıqların yerinə yetirilməsində yüksək hazırlıq nümayiş etdirəcək. Azərbaycanda silahlı qüvvələrin texniki təminatının davamlı olaraq aparıldığı, tərxis olunan gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışılıb. Tədbirdə ordudan tərxis olunan gənclərə hərbi bilet və xatirə hədiyyələri təqdim olunub. Qarayeri qəsəbə Uşaq Musiqi məkətbinin kollektivinin hazırladığı musiqili proqram maraqla qarşılanıb.
Natiq Hüseyn
- Baxış: 1134