• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 26.01.2018 18:39

Şəmkirdə evlərdən oğurluq edən dəstə zərərsizləşdirilib

KepezTV Player

Dəstəyə başçılıq edən şəxs 20 gün öncə həbsdən azad olunub. Tanışlarını başına yığaraq yenə qanuna qarşı çıxıb və yenə ona təslim olmaq məcburiyyətində qalıb.

Şəmkir rayon Aşağı Seyfəli kənd sakini Atəş Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qardaşının evindən oğurluq edildiyi barədə məlumat verib. Onun iddiasına görə, yanvar 23-ü naməlum şəxslər qapını sındırma yolu ilə Rusiyada yaşayan Mirəzim Məmmədovun evinə daxil olublar və oradan 1100 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar. Polis cinayətdə  şubhəli bilinən Aşağı Seyfəli kənd sakini 23 yaşlı İmdat İsayevi, eləcə də Şəmkir rayonunda anadan olan 26 yaşlı Afiyyədin Quliyevi və  27 yaşlı Nurlan Axundovu şubhəli şəxs qismində saxlayıb. İstintaq zamanı həmin şəxslərin başqa bir oğurluq hadisəsi törətdiyi də məlum olub.

Mehrab Məmmədov müstəntiq – “Həmin şəxslərin 19 yanvar 2018-ci il tarixdə Şəmkir rayon Aşağı Seyfəli kənd sakini İsmayılov Musa Səməd oğlunun mənzilinə qapının qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan 15 min manat dəyərində qızıl-zinət və ev əşyaları oğurlandıqları müəyyən edilib. Evlərdən oğurlanan əşyaların bir hissəsi aşkar olunaraq cinayət işi üzrə maddi sübüt olaraq götürülüb”.

Oğurluq planını quran və dəstəyə başçılıq edən İmdat İsayev 20 gün öncə həbsdən azad edilib. Afiyyəddin Quliyev isə Rusiyada məhkumluq həyatı yaşayıb.

İmdat İsayev - saxlanılan şəxs – Tanışım Afiyyədinlə zəngləşmişik, gedib  2 evə girmişik. 18 yanvarda evə girmişik, bir də ondan 2-3 gün sonra”.

Afiyyədin Quliyev - saxlanılan şəxs –“Bir həftə idi, İmdat zəng edib, bezdirirdi ki, gəlim oğurluq edək. Hansı evin üstündə qıfıl var girək.  Mən də zəng etdim ki, gəl. İmdat mənim toyuma gəlmişdi, oradan tanıyıram. İki konyak, bir mişar götürmüşəm. İkinci evdən bir mator, bir genrator götürmüşəm.

Nurlan Axundov - saxlanılan şəxs - Məni Afiyəddin çağırıb. Dedi ki, bir yer var, ora gedək. Oğurluğa getməyimizi demədi. Getdik, dedi bu evə girəcəyik. Mən də bunlarla bərabər girdim, götürdüyü bir balta və bir mişar olub”.

Faktla başlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə iş açılıb, araşdırmalar davam etdirilir.

 

Elnur Vahidoğlu