Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Bakı, Biləsuvar və Qubada keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik götürülüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb.Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində isə Cəlilabad rayon sakini Nurid Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Oradan sürücü və sərnişini, həmyerlisi, əvvəllər məhkum olunmuş Zaur Məmmədova məxsus 8 kiloqram 520 qram tiryək aşkar edilib. Anoloji faktların üstünü Quba, Mingəçevir və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları da açıblar. Yadigar Əlizadədən 321 qram heroin,Vurğun Abdulovdan 453 qram, Elgüc Ağaməmmədovdan 21,9 qram, yaşadığı evə baxış zamanı isə əlavə 435 qram marixuana aşkar edilərək götürülüb.Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 942