• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 832
— 25.01.2018 10:56

Assimetrik Hyundai Veloster indi daha güclü oldu

Hyundai şirkəti Veloster heçbekinin yeni nəsil modelini rəsmi şəkildə təqdim edib. Assimetrik maşın özünün ən əsas özəlliyini – sürücü tərəfdən tək, sərnişin bortu tərəfindən isə iki qapısını qoruyub saxlayıb. O, indi daha güclü motoru və yeni arxa asması ilə öyünə bilər. Əvvəlki Velosterdə olduğu kimi, bu dəfəkində də 24 millimetrlik “MakFerson” eninə sabitlik stabilizatoruna rast gəlinir. Modelin arxasında müstəqil çoxlingli 19 düymlük stabilizator quraşdırılıb. Hyundai Velosterin motor qamması atmosfer və turbomotordan ibarətdir. Birinci motor iki litr həcmlidir və 149 at gücü yığır. Həmin mühərrik ya 6 pilləli mexaniki ya da 6 diapazonlu avtomatik sürət qutusu ilə birləşə bilər. Turbomotorun həcmi isə 1,6 litrə bərabərdir. 203 at güclü bu aqreqat 6 pilləli mexanika və ya 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə vəhdət təşkil edir. Velosterin N adlı gücləndirilmiş versiyası ictimaiyyətə göstərilib. O, 278 at güclü 2 litrlik turbo mühərriklə hərəkətə gəlir. Hot-heç aerodinamik kuzov, 18 düymlük disklər, qısa keçidli altı pilləli mexaniki transmissiya, aktiv asma ilə təchiz olunub. Veloster N-ə 0-dan 100-ə qədər sürət 6,1 saniyəyə başa gəlir. Yeni Veloster mart ayından Koreyada istehsalata buraxılacaq. İkinci rübdən isə onu bazarlarda görə biləcəyik.