![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/robot_25.jpg?itok=KLqbVv5c)
Robotların istehsalı ilə məşğul olan Boston Dynamics YouTube-da qısa bir video paylaşıb. Burada insana bənzər robotun yeni bacarıqları göstərilir. İkiayaqlı robot əvvəlcə maneəni dəf etməyə çalışır və bir-birindən hündür maneələrə tullanaraq öhdəsindən gəlir. Sonda ən hündür baryerə qalxaraq oradan salto vurmağı bacarır. Bir neçə cəhddə robot yerə düşdükdə müvazinətini qoruya bilsə də, digərində yıxılır.
Cavanşir Məmmədzadə
- Baxış: 362