Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Daşkəsən polisi reyd keçirib. Qanunun tələbini pozan 10-dan artıq sürücü cərimədən qaça bilməyib.
Reyd Gəncə-Daşkəsən yolunda baş tutub. Elə əsas hədəf də bu istiqamətdə sərnişin daşıyan nəqliyyat vasitələri olub. Sərnişindaşıma qaydalarını pozan sürücülər saxlanılaraq, barələrində inzibati protokollar tərtib edilib Sərnişindaşıma ilə yanaşı, yükdaşıma qaydalarını pozanlar da hədəfdən yayınmayıb.
Təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilini sənədsiz idarə edən, cərimələrini vaxtlı-vaxtında ödəməyən sürücülər də polislərin saxla əmrindən sonra cərimələnib.
Rəşad Məmişov - Daşkəsən rayon DYP bölməsinin baş inspektoru: “Ödənilməmiş cərimələrlə bağlı 3 avtomobil cərimə meydançasına qoyulub. Barələrində inzibati protokol tərtib olunub. Ümumilikdə 12 protokol tərtib olunub”.
Barələrində tərtib olunan inzibati protokolla razılaşmayan sürücülər olsa da, polisə müqavimət göstərənlərə rast gəlinməyib.
Sürücü, sərnişin və piyadaların yollarda təhlükəsiz həkətini təmin edən reydlər davam edəcək.
Zülfiyyə Telmanqızı
- Baxış: 957