KepezTV Player
Şəmkirdə qanlı hadisə baş verib. Çaparlı kəndində 23 yaşlı Nurənə Əhmədova ailə münaqişəsi zəminində atası ilə mübahisə edib və nəticədə İsmayıl Əhmədov balta ilə qızının baş nahiyəsinə zərbə endirib. Zərəçəkmiş evdəkilərin köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona sağ gicgah nahiyəsini çapılmış yarası və baş sümüyünün sınığı diaqnozu qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsində yaralının müalicəsi davam etdirilir. Şəmkir polisi faktla bağlı araşdırma aparır.
Xaliq Qurbanlı
- Baxış: 590