• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1018
— 16.09.2017 16:15

Dövlət İmtahan Mərkəzi şagirdlər üçün əlavə imtahan təşkil edib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi cari ilin buraxılış imtahanlarında iştirak edə bilməyən IX və XI-ci sinif şagirdləri üçün əlavə imtahan təşkil edib. Gəncədə bir binada təşkil olunan imtahanda 364 abiturient iştirak edib. İmtahanların idarə olunması üçün 5 imtahan rəhbəri, 38 nəzarətçi-müəllim ayrılıb. İmtahanlar bütün binalarda eyni vaxtda – saat 11-də başlayıb. Respublika üzrə isə ümumilikdə IX sinif buraxışıl imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagird imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçib.