KepezTV Player
Sərinləmək üçün çaya baş vurub, boynu sınıb. Hadisə Kür çayının Yevlaxdan keçən hissəsində qeydə alınıb. Rayon sakini, 31 yaşlı Ravil Əsədov çayın kənarında istirahət edirmiş. Suya atlanıb, başı çayın dibində olan maneyə dəyib. Ətrafdakılar onun huşunu itirdiyini görüb, çaydan çıxarıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. Müayinələr zamanı boyun fəqərələrindən bir neçəsinin qırıldığı müəyyənləşib, vəziyyəti ağır qiymətləndilir.
Vüsalə Camal
- Baxış: 323