• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 21.07.2017 17:27

Goranboyda vergi ödəyiciləri ilə görüş keçirlib

KepezTV Player

12 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri Goranboyda vergi ödəyiciləri ilə görüşüb. Tədbirə 100 yaxın vergi ödəyicisi qatılıb. Məqsəd vergi ödəyicilərini maarifləndirmək və məlumatlandırmaqdır. Görüş zamanı nümayəndələr vergi qanunvericiliyi bazasının təkmilləşdirilməsi istiqamətində qəbul edilən yeni aktlar, dəyişikliklər barədə ətraflı məlumatlar verib, vergi ödəyicilərini maraqlandıran sualları cavablandırıblar.

Orxan Balayev - 12 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi: Vergi anunvericiliyinə edilən son dəyişikliklər, nağdsız hesablaşmalar haqqında qanun, sabit vergi məbləği barədə yeniliklərdən xəbər verildi. Həmçinin Vergilər Nazirliyinin rəsmi saytında mövcud olan, sahibkarlar üçün maraqlı ola biləcək bir sıra məlumatların mənbəyi, mətni barədə məlumatlar verildi.