• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2017
— 01.05.2017 12:25

Oğurluq üçün bir mağazaya eyni gündə iki dəfə üz tutdular

KepezTV Player

Yaxşı ki, təhlükəsizlik kameraları var. Ağdaşdakı oğurluq hadisəsinin üstünün isti izlərlə açılması bunu deməyə əsas verir.

Ağdaş şəhər sakini Elşən Abbasova məxsus ayaqqabı mağazasına daxil olan naməlum şəxslər oradan 104 cüt ayaqqabı və bir ədəd notebook oğurlayılar. Oğrular sahibkara ümumilikdə 3500 manat maddi ziyan vurublar. Onların əməlləri anbaan təhlükəsizlik kameralarına düşüb. Bu görüntülər əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağdaşın Qarağan-Sədi kənd sakini, 42 yaşlı Zaur Musayev və onun həmyaşıdı, Qəbələnin Zarağan kənd sakini Eldar Hüseynov saxlayıblar. Əvvəllər Rusiyada törətdikləri cinayət əməllərinə görə həbsxanada birgə məhkumluq həyatı yaşayan əməllərini etiraf ediblər. Məlum olub ki, onlar Ağdaş şəhərində kafedə birgə yeyib-içdikdən sonra gecə saatlarında əvvəlcə mağazadan notebooku oğurlayaraq evə gediblər. Bir saat sonra evdən kisələr götürərək yenidən obyektə qayıdıblar və ayaqqabıları oğurlayıblar. Onlar spirtli içki qəbul etdikləri üçün mağazadan oğurluq prosesini qeydə alan təhlükəsizlik kamerasından gec xəbər tutublar və sonda onları çəkən kameranı da vurub sındırıblar. Mağazadan oğurlanan əşyalar maddi sübut kimi tapılaraq geri qaytarılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı