• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 14.04.2017 13:10

Gəncədə "Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir" mövzusunda ənənəvi ümumşəhər elmi-nəzəri konfransı keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir" mövzusunda ənənəvi ümumşəhər elmi-nəzəri konfransı keçirilib. Tədbirdə şəhərin 3 universitetinin 246 tələbəsinin xarici dillərdə məruzələri dinlənilib.

Konfransda Azərbaycanın tarixən mədəniyyətlərin və müxtəlif sivilizasiyaların qovuşduğu məkan olması, əsrlər boyu ayrı-ayrı millətlərin sülh və əminamanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitində yaşadığı bir diyar kimi tanınması önə çəkilib. Elə ali məktəblərdə təhsil alan tələbələr arasında da müxtləlif ölkə və dinlərin nümayəndələrinin olması buna bariz nümunədir. Artıq tolerantlıq ölkə vətəndaşlarının həyat tərzinə çevrilib.

Aidə Həsənova- ADAU-nun dosenti: “Ulu öndər vurğulamışdır ki, müasir Azərbaycan gəncləri Nizamini Azərbaycan dilində, Şekspiri ingilis dilində, Puşkini rus dilində oxumağı bacarmalıdırlar. Konfransın xarici dillərdə keçirilməsində əsas məqsəd tələbələrdə xarici dillərə olan marağı artırmaqdır. Bu gün Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində sıx əməkdaşlıq edən bir ölkədir. Buna görə də tələbələrin xarici dil bilməsi çox vacibdir”.


Konfransa Azərbaycan Dövlət Aqrar Universitetindən 189, Gəncə Dövlət Universitetindən 28, Azərbaycan Texnologiya Universitetindən 29 bakalavr və magistr qatılıb. Tələbələr "multikulturalizm", "Etnik, dini müxtəliflik və tolerantlıq", "Müasir dövrdə Azərbaycanda müxtəlif dini təriqətlərin birgə mövcudluğu" mövzularında çıxışlar edib.

Toğrul Məmmədov- tələbə: “Öz almanca çıxışımda Azərbaycanın multikulturalizm dəyərləri, etnik dəyərlər və müasirlik haqqında çıxışımı etdim. Gələcəkdə də xarici mətbuat orqanlarında, həmçinin alman saytlarında da Azərbaycanın etnik dəyərləri, müasirliyini, digər dövlətlər və dinlərə və dillərə hörmətinin də saytlarda yaymaq istəyirəm”.

Nurtən İmanova- tələbə: “Amerikada bir aylıq təcrübə keçdiyim müddətdə əlimdən gələn qədər layiqincə Azərbaycanı təbliğ etdim. Biz orada mədəniyyət gecəsində Azərbaycanın tarixindən, musiqisindən və rəqslərindən söz açdıq. Mən bir daha şahidi oldum ki, Azərbaycan nəinki Amerikada həmçinin də dünyada artıq multikultural dəyərləri ilə məşhurdur”.

İngilis, alman, fransız və rus dillərində aparılan konfransda 11 nəfər tələbənin plenar iclasda çıxışı olub. 

Jalə Qurbanova