• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 06.04.2017 14:23

Goranboyda "Şəhidlər Ölməz Vətən Bölünməz" adlı anım tədbiri keçirilib

KepezTV Player

Goranboyda aprel şəhidlərindən biri Bəxtiyar Hüseynova həsr olunan, "Şəhidlər Ölməz Vətən Bölünməz" adlı anım tədbiri keçirilib. Mərasimdə iştirakçılar əvvəlcə aprel şəhidi Bəxtiyar Hüseynovun həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Bəxtiyarın Azərbaycan Silahlı Qüvvələrində hərbi xidməti, xüsusi təyinatlı kimi Talış kəndi ərazisindəki yüksəkliklər uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətdən söz açılıb. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunan hərbçinin doğulduğu qəsəbədə yaşadığı küçə indi onun adını daşıyır. Anım tədbiri aprel döyüşlərinə həsr olunan filmin nümayişi ilə davam edib.

Rəsul Qurbanov- şəhidin babası: “Bizi onun şəhidliyi nə qədər kədərləndirsə də vətən uğrunda qəhrəmanlıq göstərməsi o qədər də sevindirdi. Biz övladlarımızı böyüdürük ki, vətəni qorusun, yeri gələndə belə şəhid olsun. Vətən sevgisini ana sevgisi ilə eyni tutulması o deməkdir ki, vətən torpağı ana qədər əzizdir”.

Xaliq Qurbanlı