• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 05.04.2017 13:16

Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir

KepezTV Player

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə, aprelin 7-dən Bakıdan, ayın 8-dən isə Gəncədən Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.

Ruhəngiz Hacızadə