Yoxsul çox şey istər, həris isə hər şey. Hərislik və tamah başlayan yerdə isə bütün saf duyğular sona çatır. Amma tamahın başladığı kimi bitdiyi nöqtə də var. O bitəndə daha həssas duyğular sızıldadır insanı. Sözüm bitər bitməz deyilənlərin təzahürünü oğrulaın simasında görəcəksiz. Bu dəfə saxlanılan şəxslərdən biri nəinki, peşiman oldu, hətta kamera önündə tövbə də etdi...
Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə rayon ərazisində "Hyundai Elantra markalı minik avtomobilinin təkərlərinin oğurlanması ilə bağlı şikayət ərizəsi daxil olub. Müraciət əsasında əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Bakı sakinləri 24 yaşlı Əflatun Xəlilov və 32 yaşlı Babək Mirzəyev törətdikləri cinayəti etiraf ediblər. Oğurlanan təkərlər Babək Mirzəyevin həyətindən götürülərək sahibinə qaytarılması üçün 5-ci polis bölməsinə aparılıb. Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 525