KepezTV Player
Astara Rayon Polis Şöbəsinin apardıqları əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayonun Ərçivan qəsəbə sakini 29 yaşlı Feyzulla Məmmədov tanışı olan həmkəndlisi Mirzəyev Qismətlə birlikdə satış məqsədilə 500 qram tiryək, 505 qram həşiş qətranını əldə ediblər. Həmin şəxslər Narkotik vasitəni Şiyəkəran kəndi ərazisində həyata keçirilən əməliyyat zamanı şərti alıcı qismində olan şəxsə 2000 manata satarkən tutulublar. İstintaq tədbirləri zamanı məlum olub ki, narkotik vasitələr istintaqa məlum olmayan Əfşin adlı İran İslam Respublikası vətəndaşından alınıb. Həmin narkotik vasitələrin gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçdiyi bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 475