Tovuz rayon Hacallı kənd sakini Vahid Məmmədov Polis şöbəsinə müraciət edərək, rayon bazarında ona məxsus avtomobildən içərisində şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin texniki passportu, sürücülük vəsiqəsi, etibarnamə və sığorta şəhadətnaməsi olan pul qabının oğurlandığını bildirib. Zərərçəkənin sözlərinə görə, oğrunun məqsədi sənədləri deyil, pul oğurlamaq olub. Lakin pul qabının içərisində pulun olmaması yəqin ki, dələduzu məyus edib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində istintaq aparılır.
Gülnar Fazilqızı
- Baxış: 429