“Bu Sabah” proqramı maarifləndirici mövzuları ilə səhər çağı bələdçi rolunu oynayır. Canlı efir ərzində verilişdə evdar qadınlar üçün faydalı məsləhətlər verilir, gözəllik sirləri paylaşılır, müxtəlif sosial problemlərə toxunulur, sağlamlıq, təhsil və ailə münasibətlərindən bəhs olunur. Həftə ərzində xanımların yararlana biləcəyi əl işləri və yemək reseptləri də təqdim olunur. Veriliş Mehriban Qurbanzadə təqdimatında həftə içi 5 gün saat 10:00-dan 12:30-a kimi Kəpəz Televiziyasında yayımlanır.
Verilişi canlı olaraq izləyə bilməyənlər istənilən vaxt qeyd olunan linkə keçid alaraq izləyə bilərlər.
BU SABAH keçid linki ►