Gəncənin "Kəpəz" futbol klubunun əsas komandası kimi əvəzedici heyəti də mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir. Yevlax toplanışını başa vuran “dubl” Gəncədə məşqlərə başlayıb. Təlim-məşq toplanışı çərçivəsində Azər Məmmədovun yetirmələri yoxlama oyununda qüvvəsini sınayıb. Əvəzedicilər Tovuzda yerli “Turan Tovuz”un qonağı olub. Başabaş mübarizə şəraitində keçən görüşdə tərəflərin fərqlənmək şansları olsa da, yekun nəticədə qol səsi eşidilməyib.- 0:0. Qeyd edək ki, mövsümün startına kimi əvəzedicilər daha bir yoxlama görüşündə qüvvəsini sınamaq niyyətindədi.
Orxan Cəfərzadə
- Baxış: 728