Zərərçəkənlər Tovuz rayon Yuxarı Öysüzlü və Qovlar qəsəbə sakinləri 2 yaşlı Nazim Abdullayev və 1 yaşlı Amil Əsgərovdur. Ehtiyatsızlıqdan üzərlərinə isti su tökülən hər iki uşaq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirİlib. Azyaşlılara ilkin tibBi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, Nazim Abdullayevin bədənin 5 faizi, Amil Əsgərovun isə 6 faizi yanıb. Hazırda Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən rayon sakinlərinin vəziyyəti orta-ağır qiymətləndirilir.
12:19 olan xəbər
Tovuz rayonunda uşaq yanıq xəsarətləri alıb. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 2 yaşlı Nazim Abdullayev bədəninin müxtəlif hissələrinin 2-ci dərəcəli yanığı və yanıq şoku əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumata görə, ehtiyatsızlıq nəticəsində uşağın üzərinə qaynar su tökülüb.
Rahim İbrahimoğlu
- Baxış: 736