Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.11.2026 16:02

AFFA "Şamaxı" və "Turan Tovuz"un məşqçilərini cəzalandırıb, klubları isə cərimələyib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda baş verən qayda pozuntularına görə "Şamaxı", və "Turan Tovuz" klublarına cərimələr tətbiq edilib.AFFA İntizam Komitəsinin qərarına əsasən, noyabrın 21-də keçirilən "Şamaxı" – "Turan Tovuz" matçından sonra rəqibi təhqir etdiklərinə görə hər iki komandanın məşqçisi – Araz Bağırov və Yunis Hüseynov 3 oyunluq cəzalandırılıb. Klubların hər biri 8 min manat cərimə olunub.Həmin görüşdə təcavüzkar davranışa görə qırmızı vərəqə alan "Turan Tovuz"un futbolçusu Xorxe Silva isə bir oyunu şərti olmaqla 3 oyunluq cəza alıb. Klub əlavə olaraq 3 min manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti də təyin edilib.