Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2026 10:05

Azərbaycan yığması bu gün Lixtenşteynlə üz-üzə gələcək

UEFA Millətlər Liqasının qrup mərhələsində V turunun ilk oyun günündə keçirilən qarşılaşmalarda Türkiyə Belçikaya 1:2 hesabı ilə məğlub olub. İtaliya Fransa üzərində 3:1 hesablı qələbə qazanıb. İspaniya Çexiyanı 2:0, İngiltərə isə Xorvatiyanı 2:1 hesabı ilə üstələyib.Digər görüşlərdə Albaniya Finlandiyanı 2:0, Belarus San Marinonu 2:0 hesabı ilə məğlub edib. Ermənistan və Kipr 1:1 hesablı heç-heçə edib, Monteneqro isə Latviyaya 2:1 hesabı ilə qalib gəlib.Azərbaycan millisi də bu gün səfərdə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.3 oyundan sonra beş xala malik Azərbaycan millisi qrup lideridir.