Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir
Prezidentin köməkçisi Hikmət Hacıyev Fransa mediasında Azərbaycanla bağlı yayılan məlumatları tənqid edib.O, “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda sessiyada bildirib ki, “Le Figaro” qəzeti demək olar, hər gün Azərbaycan əleyhinə materiallar dərc edir və bu yazıların 99,9 faizi yalandır.Azərbaycanın cavab hüququndan istifadə etmək üçün müraciətləri çox vaxt cavabsız qalır və bu, dezinformasiya ilə mübarizəni çətinləşdirir.Saxta məlumatlar ölkənin mövqeyini beynəlxalq auditoriyaya çatdırmasına imkan yaranmamış qlobal informasiya məkanında yayıla bilər. O, dezinformasiyaya qarşı mübarizə üçün beynəlxalq əməkdaşlığın və qlobal media ilə əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.
- Baxış: 40
